Yeniliklər

Xalq Müdafiəsi Apartı Qldani hadisələri zamanı həbs edilənlərin hüquqlarının pozulması ilə bağlı faktları öyrənir

Sentyabrın 22-də Xalq Müdafiəçisinin nümayəndəsi Qldanidə baş verən hadisələr nəticəsində həbs edilən hər üç vətəndaşla görüşüb. Saxlanılanlardan Nikanor Melia polis əməkdaşları tərəfindən şifahi və fiziki zorakılıq faktından danışıb. Xalq Müdafiəsi Apartı iddia edilən düzgün olmayan rəftar barədə dərhal Xüsusi İstintaq Xidmətinə məlumat verib və tez və effektiv cavab gözləyir.

Gürcüstanın Xalq Müdafiəçisinin məlumatına görə, Daxili İşlər Nazirliyinin əməkdaşları Qldanidə baş vermiş qarşıdurma zamanı xırda xuliqanlıq və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələbinə tabe olmamaq maddələri ilə (Gürcüstanın İnzibati Xətalar Məcəlləsi 166 və 173-cü maddələri) 3 nəfəri həbs ediblər.

Gürcüstanın Xalq Müdafiəçisi məhbusların iddia edilən hüquqlarının pozulması faktlarını öyrənməyə davam edəcək.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)