Xalq Müdafiəçisi ömürlük azadlıqdan məhrum edilmiş məhkumlarla görüşüb
31 oktyabr 2024-cü il tarixdə Xalq Müdafiəçisi Levan İoseliani Rustavi şəhərindəki 6 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib, müəssisənin infrastrukturu ilə tanış olub və orada yerləşdirilən ömürlük məhbusla görüşüb.
Xalq Müdafiəçisi ömürlük azadlıqdan məhrum edilmiş şəxsin azadlığa buraxılması üçün 2 illik hazırlıq proqramının nəticələri və effekti ilə maraqlanıb.
Proqramı artıq ömürlük azadlıqdan məhrum edilmiş məhkumların müəyyən hissəsi başa vurub.
Xalq müdafiəçisi təqsirləndirilən şəxslərin/məhkumların hüquqlarının müdafiəsinə fəal nəzarəti davam etdirəcək.