Gürcüstanın Xalq Müdafiəçisi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) arasında əməkdaşlıq memorandumu
7 aprel 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Gürcüstandakı daimi nümayəndəsi Nik Beresford qurumlar arasında anlaşma memorandumu imzalayıblar.
Memorandum Gürcüstanda ən həssas qrupların, xüsusilə məhdud imkanlı şəxslərin hüquqlarının müdafiəsinin yaxşılaşdırılması istiqamətində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Saziş çərçivəsində tərəflər aşağıdakılara xüsusi diqqət yetirəcəklər: bərabərlik, ayrı-seçkiliyin qadağan edilməsi və həssas qrupların insan hüquqlarının müdafiəsi, BMT-nin məhdud imkanlı şəxslərin Hüquqları Konvensiyasının təşviqi və məhdud imkanlı şəxslərin insan hüquqlarına əsaslanan yanaşma, Konvensiyanın və onun Məşvərət Şurasının təşviqi, qorunması və həyata keçirilməsi üçün milli mexanizmin gücləndirilməsi, habelə tədqiqat və monitorinq tədbirlərinin həyata keçirilməsi.
Memorandum çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı tərəflər məsləhətləşmə görüşləri keçirəcək, məlumat mübadiləsi aparacaq və əldə olunmuş nəticələr barədə birgə hesabat verəcəklər.