Məhdud İmkanlı Şəxslərin Hüquqları Konvensiyasının Monitorinqi üzrə Məşvərət Şurasının iclası
19 dekabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisində Məhdud İmkanlı olan şəxslərin hüquqları haqqında Konvensiyanın təşviqi, müdafiəsi və həyata keçirilməsi üzrə Məşvərət Şurasının iclası keçirilib.
Sessiyada Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani salamlama nitqi söyləyib.
Məhdud İmkanlı olan şəxslərin hüquqlarının müdafiəsi şöbəsinin müdiri İrine Oboladze “ Məhdud İmkanlı olan şəxslərin hüquqları haqqında” Konvensiyanın təşviqi, müdafiəsi və həyata keçirilməsinin monitorinqi çərçivəsində həyata keçirilən tədbirlərdən və gələcək planlardan danışıb.
İclasda əlçatanlıq istiqamətində infrastruktur layihələrinin monitorinqinin nəticələri və onun əhəmiyyəti, sosial cəhətdən həssas olan tələbələrin vəziyyəti ilə bağlı məsələlər, yeni bərpa olunan infrastrukturun əlçatanlığında mövcud olan boşluqlar, universal stomatoloji xidmətlərdəki boşluqlar səhiyyə proqramı müzakirə edildi.
Həmçinin Məhdud İmkanlı olan şəxslərin problemi ilə bağlı milli səviyyədə fəaliyyət göstərən məşvərət şuralarının fəaliyyəti və onların səmərəliliyi, Gəlirlər Xidməti tərəfindən hesabatların və rəsmi elektron platformaların əlçatanlığı məsələlərindən danışılıb.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gürcüstanın Xalq Müdafiəçisi Aparatına Dəstək” layihəsi çərçivəsində Məşvərət Şurasının Xalq Müdafiəçisi ilə növbəti görüşü keçirilib.