Yeniliklər

Xalq Müdafiəçisi Tbilisinin psixi sağlamlıq mərkəzinə baş çəkib

30 noyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Tbilisi Psixi Sağlamlıq Mərkəzi MMC-yə (Qldani Psixiatriya Müəssisəsi) baxış keçirib və xəstələrin hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyətlə tanış olub.

Xalq Müdafiəçisi xəstə palatalarına, stasionar və ambulator şöbələrə, yeməkxanaya, hamamlara baxış keçirib, xəstələr, mərkəzin rəhbərliyi və əməkdaşları ilə görüşüb söhbət edib.

Başçəkmə nəticəsində məlum olub ki, digər problemlərlə yanaşı, mövcud müalicə, infrastruktur, məət və sanitar-gigiyenik vəziyyət nə milli, nə də beynəlxalq standartlara o qədər uyğun gəlmir ki, xəstələrin ləyaqətinin qorunması şəraitində müalicəsini heç bir şəkildə təmin edə bilmir.

Amortizasiya olunmuş bina, həddindən artıq sıxlıq, təhlükəsizlik, psixi və somatik sağlamlıq problemləri, insan və maliyyə resurslarının çatışmazlığı və reabilitasiya proqramlarının olmaması təcili həll edilməli olan məsələlərdir.

Xalq müdafiəçisi dövlət qurumlarını psixi sağlamlıq sahəsində insan hüquqlarının müdafiəsinin yüksək səviyyəsinin təmin edilməsi istiqamətində tədbirləri gücləndirməyə çağırır.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)