Yeniliklər

Xalq Müdafiəçisi Duşeti məhdud imkalı şəxslər üçün pansionatda olub

27 aprel 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçisi Aparatının nümayəndələri “Düşeti məhdud imkalı şəxslər üçün pansionat”da olublar.

Benefisiarlar Levan İoselianiylə həyat keyfiyyəti, sağlamlıq problemləri və ştatda fəaliyyət göstərən proqramlara daxil edilmə zərurətindən danışıblar. Həmçinin məhdud imkalı şəxslərin müstəqil yaşaması və qeyri-institusionalizasiya prosesi ilə bağlı öz fikir və münasibətlərini bildiriblər. Bu söhbətlərdə vurğulandığı kimi, benefisiarların deinstitusionalizasiyanın mahiyyəti ilə bağlı məlumatlılığının artırılmasına ehtiyac var.

Səfər çərçivəsində Xalq Müdafiəçisi pansionat rəhbərliyinin nümayəndəsi və müəssisələrin kollektivi ilə görüşüb. Onlarla birlikdə müxtəlif məkanları, o cümlədən yaşayış, yemək və əmək terapiyası otaqlarını gəzdi.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)