Bölgə veb-seminarı: Əlil şəxslərin pandemiya dövründə hüquqlarının qorunmasının monitorinqi
23 sentyabr 2020-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatı, Avropa İnsan Hüquqları Təşkilatları Şəbəkəsi ilə (ENNHRI) birlikdə "Yeni Korona Virus Pandemiyası Şəraitində Əlil şəxslərin Hüquqlarının Müdafiəsi Monitorinqi" mövzusunda onlayn veb-seminar keçirdi.
Tədbir pandemiyaya həssas qruplardan birinin, əlil şəxslərin yerləşdirilməsi ilə bağlı ən yaxşı təcrübələrin müəyyənləşdirilməsinə və bu sahədə təcrübə mübadiləsinə həsr edilmişdir. Onlayn görüş əlillər hüquqlarının qorunmasını izləmək üçün məsul olan milli qurumların nümayəndələri üçün - pandemiya şəraitində izləmə qaydaları barədə məlumatı birbaşa BMT-nin Əlillər Hüquqları Komitəsindən, Avropa İşgəncələrin Qarşısının Alınması Komitəsi (CPT) və Avropa Əlillər Hüquqları Forumundan almaq imkan yaratdı.
Koronavirus pandemiyası şəraitində beynəlxalq insan hüquqları təşkilatları dəfələrlə fövqəladə hallarda əlill şəxslərin hüquqlarının qorunmasına nəzarət edilməsinin vacibliyini vurğulamışlar. Əlil şəxslərin yerləşdirildikləri yerlərdə hüquqlarının qorunmasının monitorinqi virusun qarşısının alınması çərçivəsində bir sıra məhdudiyyətlər qoyulduğundan bir çox Avropa ölkəsi üçün əsas problemlərdən biri halına gəldi.
"Əlillər üçün təşkilatların monitorinqi pandemiya şəraitində, o cümlədən karantin dövründə həyata keçirilməlidir və müvafiq səlahiyyətli qurumlar ziyarətçi kimi deyil, əlillərin hüquqlarını qorumaq üçün fəaliyyətləri zəruri olan monitorlar kimi qəbul edilməlidir" - Avropa İşgəncələrin Qarşısının Alınması Komitəsinin (CPT) prezidenti Mikola Qnatovski dedi.
Çexiya, Belçika və Gürcüstanın Milli İnsan Hüquqları İnstitutlarının nümayəndələri əlillərin hüquqlarının qorunması monitorinqi prosesində yerli səviyyədə olan problemlərdən və onlar tərəfindən tətbiq olunan ən yaxşı təcrübələrdən danışıblar.
Tədbirin idarəedicisi Gürcüstan xalq müdafiəçisi müavini Yekaterine Sxiladze idi.
Vebinar girişinə aşağıdakı linkdən daxil olmaq mümkündür: