Yeniliklər

Supermarket nümayəndələri üçün bərabərlik barədə təlim

6-7 aprel 2023-cü il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Bərabərlik Departamentinin nümayəndələri Avropa Şurasının dəstəyi ilə supermarketlərin nümayəndələri üçün bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi mövzularında təlim keçirmişlər.

Təlim çərçivəsində Bərabərlik Departamentinin nümayəndələri iştirakçılara bərabərlik və ayrı-seçkilikdən qorunma baxımından ölkədə mövcud standartlar, o cümlədən ayrı-seçkiliyin tərkib elementləri, ayrı-seçkiliyin növləri və müdafiə mexanizmləri haqqında məlumat veriblər. Bir təlim sessiyası ayrı-seçkiliyin təşviqi və ayrı-seçkiliyi təşviq edən ifadələrin müzakirəsinə həsr edilmişdir. Təlimdə Xalq Müdafiəçisinin təcrübəsindən də danışılıb.

Xalq Müdafiəçisinin Bərabərlik Şöbəsi ayrı-seçkilikdən müdafiə məsələləri ilə bağlı özəl və ictimai sahə nümayəndələrinin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)