Yeniliklər

Tibb sahəsinin nümayəndələri üçün təlim

28 may 2025-ci il tarixində Xalq Müdafiəçisi Aparatının Bərabərlik Departamentinin əməkdaşları Avropa Şurasının Gürcüstandakı ofisinin dəstəyi ilə bir sıra tibb müəssisələrinin nümayəndələri, o cümlədən hüquqşünaslar və insan resurslarının idarə olunmasına cavabdeh olan şəxslər üçün təlim keçirmişlər.

Təlim tibb müəssisələrinin fəaliyyətlərini bərabərlik və ayrı-seçkiliyə yol verməmək prinsiplərinə daha da uyğunlaşdırmaq üçün onlara bərabərlik məsələləri ilə bağlı məlumat vermək məqsədi daşıyırdı.

İştirakçılara bərabərlik hüququnun mahiyyəti, ayrı-seçkiliyə qarşı qanunvericiliyin əhatə dairəsi və bu baxımdan ayrı-seçkiliyə qarşı milli mexanizm kimi Xalq Müdafiəçisinin mandatı haqqında dərindən anlayış əldə etmək imkanı verilmişdir. Təlimdə nəzəri icmaldan əlavə, iştirakçılar üçün nəzərdə tutulmuş praktiki məsələlərin işıqlandırılmasına diqqət yetirilib. Bu məqsədlə bilavasitə tibb sahəsində müəyyən edilmiş ayrı-seçkilik halları barədə məlumat alıblar. Bundan əlavə, iştirakçılar işçilərlə hüquqi münasibətlərin saxlanmasına cavabdeh olan və eyni zamanda özləri işlə təmin olunduğundan əmək münasibətlərində ayrı-seçkilik və cinsi qısnama məsələlərinə də diqqət yetirilmişdir.

Maarifləndirməyə yönəlmiş bu cür fəaliyyətlər ölkədə bərabərlik baxımından mövcud vəziyyətin yaxşılaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Xalq Müdafiəçisi ümid edir ki, müxtəlif sahələrin daha da çox nümayəndəsi bərabərlik məsələləri üzrə biliklərini dərinləşdirməyə və ayrı-seçkiliyin qarşısının alınmasına töhfə verməyə hazır olacaq.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)