“Yerli səviyyədə bərabərlik istiqamətində bələdiyyələrin rolu” görüşü
14 noyabr 2013-cü il tarixində Zuqdididə Gürcüstanın Xalq Müdafiəçisi Aparatı Yerli Özünüidarəetmə Orqanlarının Milli Assosiasiyası ilə birgə Bərabərlik Həftəsi çərçivəsində Sameqrelo-Zemo-Svaneti Bələdiyyəsinin əməkdaşları ilə “Yerli səviyyədə bərabərlik istiqamətində bələdiyyələrin rolu” mövzusunda görüş keçirmişdir.
İclasda Xalq Müdafiəçisi Aparatının nümayəndələri bərabərlik həftəsinin əhəmiyyətindən, ayrı-seçkiliyin qarşısının alınması istiqamətində Xalq Müdafiəçisi Aparatının fəaliyyət və təcrübələrindən, o cümlədən bələdiyyələrlə gələcək əməkdaşlıq perspektivlərindən danışıblar. “2023-2025-ci illərdə insan hüquqlarının həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının rolunun gücləndirilməsi” strategiyasının təsdiq edilməsinin və insan hüquqlarının müdafiəsi istiqamətində bələdiyyələrin rolunun vacibliyi vurğulanıb.
Yerli Özünüidarəetmə Orqanları Milli Assosiasiyasının nümayəndələri bələdiyyələrin sosial proqramlarının planlaşdırılması, monitorinqi və yenilənməsi məsələlərindən danışıblar.
Tədbir bərabərlik məsələlərinin vacibliyini vurğulamaq, ayrı-seçkiliyin qarşısını almaq və yerli özünüidarəetmə nümayəndələri ilə əməkdaşlığı gücləndirmək məqsədi daşıyırdı.