Xalq Müdafiəçisi Aparatının nümayəndələri İtaliyanın paytaxtı Romada keçirilən panel müzakirələrində və konfransda iştirak ediblər
13 sentyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Apartının nümayəndələri Akaki Kuxaleişvili və Nino Berişvili Romada azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının milli təminatçısı tərəfindən təşkil olunmuş və praktiki məsələlərə həsr olunmuş panel müzakirəsində iştirak etmişlər, hansı ki, məcburi qaytarılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə həsr edilmişdir.
Sentyabrın 14-də Gürcüstanın Xalq Müdafiəçisi Aparatının nümayəndələri İtaliya Parlamentinin Deputatlar Palatasında “Məcburi geri qaytarma əməliyyatlarında fundamental hüquqların təmin edilməsi: Avropa perspektivi” mövzusunda keçirilən konfransda da iştirak ediblər. Konfransda çıxış edən Xalq Müdafiəçisinin Milli Profilaktika Mexanizmi İdarəsinin rəis müavini Akaki Kuxaleişvili məcburi geri qaytarma əməliyyatlarının monitorinqi və Gürcüstanın təcrübəsindən danışıb.
Qeyd edək ki, 2022-ci ilin martında Azadlıqdan Məhrum Olunmuş Şəxslərin Hüquqlarının Milli Təminatı ilə Xalq Müdafiəçisi Aparatı arasında iki qurum arasında məcburi qaytarılmaların monitorinqi sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb.