Xalq Müdafiəçisi Aparatının nümayəndələri Sairmi zavodunun tətil edən işçiləri ilə görüşüb
16 mart 2023-cü il tarixdə Xalq Müdafiəçisi Aparatının nümayəndələri “Sairmə Mineral Sular” MMC-nin tətil edən işçiləri ilə görüşüb və müəssisədəki mövcud vəziyyətlə bağlı məlumat alıblar.
Zavodun işçiləri tətilə əsas kimi əməyin mühafizəsi problemlərini, o cümlədən avadanlığın nizamsız olmasını, sağlamlıq üçün təhlükəli mühitdə işləməyi, sanitariya və gigiyena normalarının qorunması üçün şəraitin olmadığını göstərirlər. Xalq Müdafiəçisinin nümayəndələri ilə söhbətində tətilçilər bildiriblər ki, şirkət rəhbərliyi danışıqları yalnız həmkarlar ittifaqı və onun direktoru prosesdə iştirak etməmək şərti ilə aparacaq. Tətilçilərin fikrincə, belə münasibət həmkarlar ittifaqının qəbuledilməzliyindən və həmkarlar ittifaqı üzvlüyünə görə ayrı-seçkiliyin motivindən xəbər verir.
Zavodun işçiləri qeyd edirlər ki, onlar “Gürcüstanın Kənd Təsərrüfatı, Ticarət və Sənaye İşçilərinin Peşəkar İttifaqı”nın köməyi ilə bir sıra vacib əmək hüquqlarını reallaşdıra biliblər. Müvafiq olaraq, hüquqi məsələlərdə məlumatsızlıq və şirkət nümayəndələrinə inamın olmaması nəzərə alınaraq, tətilçilər danışıqları yalnız həmkarlar ittifaqının iştirakı ilə aparmaq niyyətindədirlər, xüsusən də danışıqlara və rəhbərliklə razılığa ümid etdikləri üçün, çünki onların əsas arzusu iş yerinə qayıtmaq və müəssisənin düzgün işləməsinə töhfə verməkdir.
Qeyd edək ki, artıq “Sairme Mineral Sular” tərəfindən işçilərə qarşı ayrı-seçkilik edilməsi faktının araşdırılması ilə bağlı Xalq Müdafiəçisi Aparatında proses davam etdirilir. Aparat tərəfindən məlumat tələb edildikdən sonra işəgötürən tətildə iştirak edən işçilərin yanvar ayının maaşını hesaba köçürüb. Lakin indiki mərhələdə tətilçilər fevralın 13-dək (tətilin başlandığı gün) görülən işlərə görə maaş gözləyirlər. Xalq Müdafiəçisi ümid edir ki, işəgötürən maaşın müvafiq hissəsini gecikdirmədən ödəyəcək.
Qeyd olunanları nəzərə alaraq, Xalq Müdafiəçisi “Sairmə Mineral Sular” MMC-ni razılığa gəlmək üçün işçilər üçün məqbul formada nəzərəçarpacaq addımlar atmağa çağırır. Digər tərəfdən, Xalq Müdafiəçisi Aparatı işin tədqiqini davam etdirir və tərəflərin təqdim etdiyi məlumat və sənədləri tam öyrəndikdən sonra yekun qərarı verəcək.