Yeniliklər

Gürcüstan Xalq Müdafiəçisinin bərabərlik vəziyyəti haqqında xüsusi hesabatı N9

22 aprel 2024-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi bərabərliyin vəziyyəti haqqında 9-cu illik hesabatını təqdim etdi.

Hesabatda 2023-cü ilə qədər bərabərlik hüququnun həyata keçirilməsi baxımından qadınların, məhdud imkanları olan şəxslərin, dini və etnik azlıqların nümayəndələrinin, LGBTİQ+ icmasının üzvlərinin və digər həssas qrupların müxtəlif sahələrdə üzləşdiyi maneələrin icmalı verilmişdir. Hesabatda Gürcüstan Xalq Müdafiəçisinin bərabərlik hüququnun müdafiəsi və Xalq Müdafiəçisinin qərarları haqqında məlumatlandırılması məqsədilə gördüyü işlər də yer alıb.

Hesabat dövründə Xalq Müdafiəçisi ayrı-seçkilik halları ilə bağlı 122 faktı araşdırıb. İddia edilən ayrı-seçkilik əlamətlərinə görə ifadələrin faizi aşağıdakı kimi qruplaşdırılıb:

  • Cins/gender əlaməti ilə - 17%;
  • Fərqli düşüncə əlaməti ilə - 16%;
  • Milliyət/vətəndaşlıq əlaməti ilə - 8%;
  • Məhdud imkanlılıq əlaməti ilə - 7%;
  • Siyasi baxışlar əlaməti ilə - 6%;
  • Dini mənsubiyyət əlaməti ilə - 5%;
  • Yaş - 4%;
  • Cinsi oriyentasiya və gender kimliyi əlaməti ilə - 4%;
  • Peşə ittifaqına mənsubiyyət əlaməti ilə - 2%;
  • Digər əlamətlərə görə ayrı-seçkilik rəftarı bu hesabat dövründə də aktual olub və ən çox ərizələr - 31% təşkil edib.

2023-cü ildə Xalq Müdafiəçisi bərabərlik məsələləri ilə bağlı 5 tövsiyə, 2 ümumi təklif və 3 məhkəmə dostu rəyi hazırlayıb. 6 işlə əlaqəli isə, faktiki hallar əsasında ayrı-seçkilik rəftarının müəyyən edilməsi mümkün olmasa da, Xalq Müdafiəçisi cavabdehlərin bərabərlik hüququ ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyi zəruri hesab etmişdir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)