Yeniliklər

Xüsusi Penitensiar Xidmətin 5 saylı Qadınlar üçün Xüsusi Müəssisəsinin monitorinqi ilə bağlı Xalq Müdafiəçisinin hesabatı

24 mart 2023-cü il tarixdə, həmçinin 1-2 may 2023-cü il tarixlərində Gürcüstan Xalq Müdafiəçisinin xüsusi profilaktik qrupunun üzvləri Xüsusi Penitensiar Xidmətin 5 saylı Qadınlar üçün Xüsusi Müəssisəsinə monitorinq səfərləri etmişlər. Monitorinqin keçirilməsində məqsəd qadın məhkumlarla rəftar baxımından mövcud vəziyyəti öyrənmək və əvvəlki illərdə verilmiş tövsiyələrin icrasını qiymətləndirmək olub.

Onu da müsbət hal kimi qeyd etmək lazımdır ki, N5 müəssisəsində təmizlik qorunur, kameralar inventarla, lazımi təbii və süni işıqlandırma, həmçinin mərkəzi istilik sistemləri ilə təmin olunub. Kameralarda minimum yerlə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl olunur. İqlim şəraitini nəzərə alsaq, obyektdə düzgün süni ventilyasiya və fasiləsiz su təchizatının təmin edilməsi problem olaraq qalır.

5 saylı müəssisədə digər penitensiar müəssisələrlə müqayisədə daha çox reabilitasiya tədbirləri həyata keçirilir. Həmçinin, fərdi cəzanın planlaşdırılması prosesi gedir. Buna baxmayaraq, 5 saylı müəssisədə hələ də məhkumların reabilitasiyasını lazımi səviyyədə təmin etmək üçün kifayət qədər insan və maddi-texniki resurslar yoxdur.

Monitorinq başçəkmələri zamanı xüsusi profilaktika qrupunun üzvlərinə müəssisənin əməkdaşları tərəfindən məhkumlara qarşı fiziki zorakılıq halları ilə bağlı heç bir məlumat daxil olmayıb. Yalnız bir neçə halda qrup məhbuslarla kobud rəftarın ayrı-ayrı faktları barədə məlumat əldə edib. Həmçinin məlum olub ki, 5 saylı müəssisədə vaxtaşırı məhkumlar arasında münaqişələr baş verir.

Qeyd edək ki, müəssisədə məhkumlara hüquq və vəzifələri barədə düzgün məlumat verilmir. Həm gürcü dilli, həm də əcnəbi dilli məhbusların yenilənmiş qanunvericiliyə və qanunvericilik aktlarına çıxışı yoxdur. Məhkumların əksəriyyəti müəssisədən şikayət göndərməkdən çəkinir və kollektivlə yaxşı münasibət qurmağa çalışır və ya kömək üçün idarəyə yaxın məhbuslara müraciət edir.

Tibbi xidmətlə bağlı məsələ araşdırılarkən məlum olub ki, xəstənin bir aydan artıq mütəxəssis konsultasiyasını gözləməsi halları olub. Planlı tibbi xidmət almaq üçün xəstələrin mülki sektor xəstəxanasına vaxtında köçürülməsi hələ də problem olaraq qalır. Psixiatrik yardımın bio-psixo-sosial mahiyyəti yoxdur. Psixi sağlamlıq müayinəsi müntəzəm xarakter daşımır və yalnız məhkumların müəssisəyə ilkin yerləşdirilməsi zamanı, birdəfəlik həyata keçirilir. Erkən diaqnoz və profilaktik yanaşma psixi sağlamlıq problemlərinin vaxtında aşkarlanması və idarə olunması üçün xüsusi əhəmiyyət kəsb edir.

Gürcüstanın Xalq Müdafiəçisi ümid edir ki, hesabatda təqdim olunan tövsiyələrə lazımi diqqət yetiriləcək və müvafiq tədbirlər görülməklə N5 müəssisədəki qadın məhbusların vəziyyəti yaxşılaşacaq.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)