Yeniliklər

Gürcüstanın Xalq Müdafiəçisi Aparatının əməkdaşları Qırğızıstanın Milli Profilaktika Mexanizmi ilə təcrübələrini bölüşüblər

11-13 iyul 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının Milli Profilaktika Mexanizminin nümayəndələri Gürcüstanda tanışlıq səfərində olublar. Səfərin məqsədi Gürcüstanın milli profilaktika mexanizminin uzunmüddətli təcrübəsi ilə tanış olmaq olub.

İşçi görüşlərdə Gürcüstan Xalq Müdafiəçisinin nümayəndələri ofisin mandatı, ayrı-ayrı departamentlərin funksiyaları və səlahiyyətlərini müzakirə ediblər. Həmçinin, qırğız həmkarları həbs, azadlıqdan məhrumetmə və ya digər məhdudiyyətlərə məruz qalma yerlərinə səfərlərin monitorinqi üzrə tövsiyələrin hazırlanması, icrası və icrasına nəzarət metodologiyası ilə tanış olublar.

Qırğızıstanın Milli Profilaktika Mexanizminin nümayəndələri Tbilisidəki müvəqqəti saxlama təcridxanasına tanışlıq səfəri edib, müəssisədəki şəraitlə tanış olub və Gürcüstan Xalq Müdafiəçisinin xüsusi profilaktik qrupunun monitorinqinin xüsusiyyətlərini müşahidə ediblər.

Qeyd edək ki, Qırğızıstanlı həmkarları Gürcüstana səfərləri zamanı Xalq Müdafiəçisi Aparatının təşkil etdiyi ictimai dinləmədə iştirak ediblər, burada İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (CPT) Gürcüstanda həyata keçirdiyi fövqəladə monitorinq hesabatının nəticələri və tövsiyələri müzakirə edilib.

Tədris səfərindən sonra hər iki tərəf gələcəkdə də sıx əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)