Yeniliklər

Xalq Müdafiəçisi Aparatının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla ünsiyyət məsələləri üzrə təlim

2022-ci ilin avqust və sentyabr aylarında Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) dəstəyi ilə həyata keçirilən GürcüstanınXalq Müdafiəçisinin bacarıqlarının gücləndirilməsi layihəsi çərçivəsində Xalq Müdafiəçisi Aparatının əməkdaşları üçün azyaşlılarla ünsiyyət məsələləri üzrə təlim keçirilmişdir.

Aparatın uşaqlarla məşğul olan əməkdaşları üçün təlimlər iki mərhələdə - 4-5 avqust və 23-24 sentyabr tarixlərində keçirilib və onlara ekspertlər Ana Arqanaşvili və Ana Abaşidze rəhbərlik edib.

Görüşdə Xalq Müdafiəçisinin səlahiyyətləri çərçivəsində həyata keçiriləcək tədbirlərdən, o cümlədən uşaqların özləri ilə onlara uyğunlaşdırılmış yanaşmalarla ünsiyyətin aspektlərindən danışılıb.

Sözügedən fəaliyyət yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, onlara uyğunlaşdırılmış sistemli və kompleks yanaşmaların tətbiqi üçün mahiyyət etibarilə mühüm əhəmiyyət kəsb edən uşaqlarla ünsiyyət baxımından aparatın fəaliyyətinin səmərəliliyinin gücləndirilməsinə xidmət edir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun dəstəyi və ekspertlərin cəlb edilməsi ilə uşaqlarla ünsiyyətin aspektlərinə dair daxili rəhbər sənədin yaradılması nəzərdə tutulur.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)