Məktəbin şagirdləri Xalq Müdafiəçisi Aparatında olublar
17 noyabr 2022-ci il tarixində Gürcüstan Xalq Müdafiəçisinin müavini Giorgi Burcanadze “Lamara Marqvelaşvili məktəbi - XXI əsr” MMC-nin 10-cu sinif şagirdləri ilə görüşüb, onları insan hüquq və azadlıqlarının əsas prinsipləri, Xalq Müdafiəçisinin mandatı və hüquq müdafiəçiliyi və ofisin strukturu ilə tanış edib.
Görüşdə insan hüquqlarının müdafiəsi, hüquqi və tolerant dövlət quruculuğu istiqamətində Xalq Müdafiəçisinin rolu və əhəmiyyəti; Ümumtəhsil və ali təhsil müəssisələrində insan hüquqları sahəsində maarifləndirmə işinin keyfiyyətinin yüksəldilməsi istiqamətində Xalq Müdafiəçisi Aparatının fəaliyyətindən danışılıb. Tələbələr yetkinlik yaşına çatmayanların hüquqları və bu hüquqların pozulduğu halda Xalq Müdafiəçisinə müraciət qaydalarını xüsusi maraqla öyrəniblər.
Görüşün sonunda Giorgi Burcanadze tələbələrin onlar üçün vacib olan insan haqları məsələsi ilə bağlı suallarını cavablandırıb.