Xalq Müdafiəçisinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bəyanatı
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu günün qeyd olunması uşaq hüquqları ilə bağlı məlumatlılığın artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün Gürcüstanın Uşaq Hüquqları Konvensiyasını ratifikasiya edərək, uşaq hüquq və azadlıqlarını qorumaq öhdəliyini üzərinə götürməsindən 30 il keçir. Ona görə də ölkədə uşaqların hüquqi statusunu, qeyd olunan prosesdə hər birimizin rolunu bir daha qiymətləndirmək vacibdir.
Son illərdə əldə edilən irəliləyişlərə və irəliyə doğru atılan çoxlu addımlara baxmayaraq, ölkə hələ də uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox mühüm problemlərlə üzləşir. Uşaqların sosial hüquqlarının müdafiəsi məsələsi xüsusilə diqqətəlayiqdir, çünki Gürcüstanda fəaliyyət göstərən proqramlar hələ də uşaqların və onların ailələrinin uzunmüddətli dəstəklənməsini və möhkəmlənməsini - onların gələcək müstəqil həyatına nail olmaq üçün lazımi səviyyədə təmin edə bilmir. Həmçinin uşaqlarla işləyən mütəxəssislərin çatışmazlığını, reabilitasiya xidmətlərinin və ya uşaqların fərdi ehtiyaclarına yönəlmiş xidmətlərin azlığını və onların coğrafi əlçatanlığını qeyd etmək lazımdır.
Uşaqlara qarşı zorakılığın qarşısının alınması, hallara vaxtında, əlaqələndirilmiş, uşaqlara uyğun və effektiv reaksiya verilməsi, uşaqların özlərinin və ya cəmiyyətin uşaq hüquqları və onların müdafiə mexanizmləri haqqında məlumatlı olmaması hələ də problem olaraq qalır.
Burada uşaqların rifahının təmin edilməsi prosesində xidmət göstərən təşkilatların xüsusi rolu qeyd edilməlidir ki, onların dəstəyi və gücləndirilməsi ümumi məqsədə - uşaq hüquqlarının səmərəli müdafiəsinə xidmət edir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi ölkənin son zamanlar atdığı addımları təhlükəli və Konvensiyanın məqsədləri ilə bir araya sığmayan addımlar kimi qiymətləndirib. Xüsusilə xarici təsirin şəffaflığı haqqında qanunun qəbulu ölkədə onsuz da qeyri-kafi olan xidmətlərin daha da azalması riskini yaradır və bu, Gürcüstanda uşaqların hüquqi statusuna mənfi təsir göstərə bilər.
Uşaq hüquqlarından danışarkən uşaqların fikirlərinin dinlənilməsi, iştirakı və ifadə edilməsi ilə bağlı Gürcüstan Konstitusiyası, Uşaq Hüquqları Konvensiyası və Uşaq Hüquqları Məcəlləsi ilə təmin edilən hüquq və azadlıqların təşviqini xüsusilə vurğulamaq lazımdır. Uşaqlar onlara təsir edən bütün qərarların qəbulu proseslərində iştirak etməli və öz fikirlərini onlar üçün məqbul formada ifadə edə bilməlidirlər. Və dövlətin borcudur ki, hər bir qərar qəbul edərkən və hər bir hərəkəti həyata keçirməzdən əvvəl qeyd olunanların uşaqların rifahına təsirini qiymətləndirmək və yalnız bu əsasda uşaqların mənafeyinə uyğun qərar qəbul etməkdir.
Son zamanlar ifadə azadlığına əsaslanan uşaqlar təhdidlərin, nifrət və təhqiramiz çağırışların, ləkələyici bəyanatların ünvanına çevrilib. Vətəndaş fəallarının, müxalifətçilərin və iqtidar partiyalarının siyasətçilərinin azyaşlı uşaqlarının hədə mesajlarının alıcısına çevrilməsi yolverilməzdir. Bu, bir daha ölkədə uşaqların təhlükəsizliyi, onların hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyəti və bu prosesdə ictimaiyyətin iştirakının rolunu göstərir, çünki uşaqların təhlükəsizliyi və onların müdafiəsi dövlətimizin əsas dəyərlərindən və hər birimizin öhdəliklərindən biri olmalıdır.
Gürcüstanın Xalq Müdafiəçisi uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir və onlara Avropa ölkəsində, təhlükəsiz və güvənli şəraitdə, onların hər birinin hüquq və azadlıqlarının bərabər və eyni şəkildə qorunduğu şəraitdə yaşamalarını arzulayır.
Xalq Müdafiəçisi Aparatı istər fərdi, istərsə də sistemli səviyyədə uşaqların hüquqi vəziyyətinin qiymətləndirilməsini və onların qeyd-şərtsiz müdafiəsi məqsədilə öz səlahiyyətləri daxilində müvafiq tədbirləri həyata keçirməkdə davam edir.