Yeniliklər

Pedofiliya və cinsi zorakılığa görə məhkum olunmuş şəxslərin qeydiyyatı və monitorinqi mexanizmi

12 sentyabr 2024-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Xüsusi İstintaq Xidmətinin təşkil etdiyi konfransda iştirak edib, burada pedofiliya ilə mübarizə və uşaqların təhlükəsizliyi məsələləri müzakirə olunub.

Konfransda qurbanların hüquqlarının müdafiəsi məqsədilə yeni təşəbbüs - pedofiliya və cinsi zorakılığa görə məhkum olunmuş şəxslərin qeydiyyatı və monitorinq mexanizmi təqdim edilib və bu istiqamətdə mövcud beynəlxalq təcrübə müzakirə olunub. Təşəbbüs internet məkanında və ondan kənarda şəxsi həyatla bağlı kadrların tez-tez əldə edilməsi, yayılması və şantaj edilməsi halları ilə bağlı cinayətləri əhatə edir, onların qurbanları böyüklərlə yanaşı, çox vaxt azyaşlılar və yetkinlik yaşına çatmayanlardır.

Tədbirdə çıxış edən Xalq Müdafiəçisi Xüsusi İstintaq Xidmətinin təşəbbüsünü milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində irəliyə doğru atılan daha bir addım kimi qiymətləndirib və qeyd edib ki, aparat öz mandatı çərçivəsində qanunvericilik müzakirələrində fəal iştirak edəcək və icra prosesində öz fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, o, həm Gürcüstanda, həm də ümumən dünyada yetkinlik yaşına çatmayanların zorakılıqdan qorunmasında qarşıya çıxan çətinliklərdən, o cümlədən zorakılığın vaxtında aşkarlanması, effektiv və əlaqələndirilmiş tədbirlər görülməsindəki boşluqlardan, cəmiyyətin, xüsusilə də azyaşlıların maarifləndirilməsinin artırılmasının zəruriliyindən danışıb.

Burada qeyd edək ki, Xalq Müdafiəçisi Aparatı hər il uşaqlara qarşı zorakılıq, o cümlədən cinsi zorakılıqla bağlı 100-dən çox hadisəni araşdırır. Uşaqların özlərinin müraciyətinə əsaslanaraq araşdırılan hallar arasında onlayn pozğunluq, sözdə grooming və cinsi əməllər, seksual məzmunlu foto-video materialların göndərilməsinə inandırmaq məqsədilə təzyiq, təhdid, hədə-qorxu halları var.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)