Yeniliklər

Xüsusi Hesabat - "Yeni Korona Virus Pandemiyası şərtlərində və onun xaricində Uşaq Əməyi"

2 aprel 2021-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria xüsusi bir hesabat təqdim etdi - - "Yeni Korona Virus Pandemiyası şərtlərində və onun xaricində Uşaq Əməyi". Hesabatda uşaq əməyi baxımından ölkədəki vəziyyət, pandemiyanın uşaq əməyinə təsiri, qanunvericilik boşluqları və ya praktikada müəyyən edilmiş problemlər əksini tapıb təhlil edilmişdir. Hesabat Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) dəstəyi ilə hazırlandı.

Tədqiqat uşaq əməyi ilə bağlı milli qanunvericiliyin beynəlxalq standartlara uyğunluğuna xüsusi diqqət yetirmişdir. Hesabat Xalq Müdafiəçisi Aparatı tərəfindən ölkənin dörd bölgəsini əhatə edən hüquqi və praktik bir sorğunun nəticələrinə əsaslanır: Acarıstan, Quria, Kaxeti, Samtsxe-Cavaxetiya. Praktik tədqiqat prosesi ev təsərrüfatları, formal sektor və qeyri-formal sektorda uşaq əməyinə, o cümlədən küçə əməyinə və əmək miqrasiyası məsələlərinə yönəlmişdir. Tədqiqat prosesi zamanı uşaq əməyi və insan hüquqları problemləri ilə işləyən təşkilatlar, dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, məktəb müəllimləri, yeniyetmələr və ev təsərrüfatı nümayəndələri ilə 36 görüş keçirilmiş və 2 müsahibə aparılmışdır.

"Kovid 19-uz şərtlərində yoxsulluğun artması ilə yanaşı, uşaqların əməyə cəlb edilməsi riski artdı. Xüsusən də bölgələrdə yetkinlik yaşına çatmayanların mövsümi olaraq ev təsərrüfatlarına daxil edilməsi, harda ki, onlar əmək haqqı əvəzində ağır və böyük yüklü işləyi yerinə yetirirlər. Həmçinin, küçələrdə uşaq əməyinin ləğvinə yönəlmiş resurs və kadr çatışmazlığı səbəbindən hadisələrin vaxtında qarşısının alınması və küçələrdə yaşayan və işləyən uşaqların ehtiyaclarını düzgün müəyyənləşdirmək mümkün deyil. Uşaq əməyi hüquqları və zərərli əmək növlərindən qorunma ilə bağlı ictimaiyyət aşağı səviyyədə məlumatlandırılmışdır; "İctimaiyyət bəzi hallarda bu kimi faktlara dözümlüdür" dedi ombudsman.

"Gürcüstan Uşaq Hüquqları Konvensiyasına və digər vacib beynəlxalq sənədlərə qoşulur və beləliklə uşaqları təhlükəli işlərdən qorumağı öz üzərinə götürür. Bir neçə ay əvvəl qüvvəyə minmiş Uşaq Hüquqları Məcəlləsi, uşaqların zərərli əmək növlərindən qorunmasını, həm milli, həm də bələdiyyə səviyyəsində uşaq əməyinin ləğvi üçün xüsusi mexanizmlərin yaradılmasını təmin edir. "UNICEF, sistem dəyişikliklərini aradan qaldırmaq, uşaq əməyinin qarşısının alınması və ailələrin möhkəmləndirilməsi üçün hökumət və İctimai Müdafiə Ofisi ilə işləməyə davam edir" dedi UNICEF-in Gürcüstandakı nümayəndəsi Ğasan Xalil.

Təqdimatda Gürcüstan Parlamentinin üzvü, Uşaq Hüquqlarını Müdafiə Daimi Parlament Şurasının sədri Ana Buçukuri və Gürcüstan Hökuməti İnsan Hüquqları Katibliyinin rəhbəri Maka Peradze də salamlama nitqləri söylədilər.

Tədqiqatın nəticələrini ekspert Ana Diakonidze və Xalq Müdafiəçisinin Müavini Ekaterine Sxiladze təqdim etdilər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)