"İctimai məkanda cinsi qısnama" araşdırması
Gürcüstanın Xalq Müdafiəçisi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) köməyi ilə “İctimai məkanda cinsi qısnama” adlı araşdırma hazırlayıb.
Araşdırmada 3 may 2019-cu il tarixindən 20 yanvar 2023-cü il tarixədək məhkəmələr tərəfindən bütün Gürcüstan ərazisində ictimai məkanda cinsi qısnama ilə bağlı ümumi məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar (qətnamələr) öyrənilib və təhlil edilib.
Araşdırmalar zamanı məlum olub ki, məhkəmələr ictimai məkanda cinsi qısnama halları ilə bağlı müsbət və mühüm təcrübəyə malikdir, lakin bununla yanaşı, bir tərəfdən, hüquqi beynəlxalq standartlara uyğun olmayan çərçivə, digər tərəfdən isə məhkəmə sistemində qadın hüquqları və gender bərabərliyi ilə bağlı məlumatın olmaması.
Hesabatın məqsədi ictimai məkanda cinsi qısnama hallarına qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə yardım etməkdir, ona görə də hesabat çərçivəsində müvafiq qurumlara tövsiyələr verilir.