Ayrı-seçkiliyin qarşısının alınması və onunla mübarizə məsələsinə dair ümumi təklif
30 avqust 2024-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi ədliyyə nazirinə xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilatların reyestrində qeydiyyatdan keçmək öhdəliyi olan təşkilatlarda çalışan şəxslərin şəxsi məlumatlarına ayrı-seçkilik xarakterli müdaxilənin qarşısını almaq üçün ümumi təkliflə müraciət edib.
Xalq Müdafiəçisi ədliyyə nazirinin 1 avqust 2024-cü il tarixli 1019 nömrəli əmrinin ayrı-seçkilik xarakterini qiymətləndirib hansı ki, “Xarici dövlətin maraqlarını daşıyan təşkilatların reyestrinin hazırlanması, maliyyə bəyannamələrinin təqdim edilməsi və monitorinqi prosedurları”nın təsdiqinə aiddir. Sözügedən əsasnaməyə əsasən, Xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların reyestrində qeydiyyatdan keçmək öhdəliyi olan təşkilatlar tərəfindən maliyyə bəyannaməsində əks olunması; Qısamüddətli əmək münasibətləri çərçivəsində işə götürülən həm işçilərin, həm də ekspertlərin, faydalananların və digər şəxslərin şəxsi məlumatları (adı, soyadı, şəxsi nömrəsi və bank hesabının nömrəsi və s.) ictimai dərc edilməlidir.
Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, nazirin əmri ilə yaradılmış mövcud monitorinq mexanizmi şəxsi məlumatların əldə edilməsi baxımından dövlət tərəfindən yüksək özbaşınalıq riski yaradır. Fərdi məlumatların ictimai dərci əsassız və zərərlidir, xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların reyestrində qeydiyyatdan keçmək öhdəliyi olan təşkilatlarda çalışan şəxslərin fəaliyyətinə güclü məcburi, zəiflədici və ləkələyici təsir göstərir.
Xalq Müdafiəçisi hesab edir ki, bütün belə hallarda hökumət müvafiq məhdudiyyətlərin zəruriliyini əsaslandırmaq üçün ağır yük daşıyır.
Belə ki, Gürcüstanın Xalq Müdafiəçisi Ədliyyə Nazirinə müraciət edərək yuxarıda qeyd olunan sərəncamda dəyişiklik edilməsini xahiş edir ki, qeydiyyatdan keçmək öhdəliyi olan təşkilatların təqdim etdikləri bəyannamələrdə göstərilən fiziki şəxslər, o cülədən, işçilərin şəxsi məlumatları ictimaiyyətə açıqlanmamalıdır.