Qadın Hüquqlarına dair Xalq Müdafiəçisi Aparatının məlumat iclasları
2021-ci ilin iyun ayında Xalq Müdafiəçisi Aparatının Gender Departamenti və Qərbi Gürcüstan şöbəsi İmereti, Guria, Acarıstan, Samegrelo və Zemo Svaneti bölgələrinin bələdiyyələrində məlumat görüşləri təşkil etdi.
İclasları Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Gender Departamentinin nümayəndəsi Ana Lobjanidze idarə edib, gender əsaslandırılmasının vacibliyi və əldə olunmasını təmin edən prinsiplərdən danışıb. Həmçinin iclas iştirakçıları yerli özünüidarəetmə orqanlarının Gender Siyasətinin Qiymətləndirilməsi Sorğusunun nəticələri, əsas tapıntılar və tövsiyələr ilə tanış oldular. İclasın sonunda iştirakçılar Xalq Müdafiəçisinin mandatı, imkanları və funksiyaları haqqında məlumat aldılar.
Görüşlər zamanı gender bərabərliyinə və qadın hüquqlarının yaxşılaşdırılmasına kömək edəcək gələcək əməkdaşlıq addımları da planlaşdırıldı.
İclaslarda Bələdiyyə Gender Bərabərliyi Şurasının üzvləri, gender məsələləri üzrə məsul şəxslər / məsləhətçilər, Acarıstan Ali Şurasının üzvləri, yerli QHT nümayəndələri, tələbələr, sosial işçilər, polis, kənd qadınları və digər maraqlı tərəflər iştirak etdilər.