Gürcüstanın ictimai müdafiəçiləri

Qiorqi Tuğuşi

Qiorqi Tuğuşi

  • Vəzifə: Gürcüstan Xalq Müdafiəçisi

2009–cu ildən 2012–ci ilə qədər

 

Təhsil:

Qiorqi Tuğuşi 26 mart 1977-ci ildə Tbilisidə anadan olub. Tiflis 55 nömrəli orta məktəbdə oxuyub.

1999-cu ildə Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq və münasibətlər fakültəsini bitirib, nəticədə hüquqşünas ixtisasını mənimsəyib.

2001-ci ildə, həmçinin Gürcü–Amerika Dövlət İdarəçiliyi (GIPA) magistr dərəcəsini bitirdi və Dövlət İdarəetmə magistr dərəcəsini mənimsəyib.

2004-cü ildə İsveçin Lund universitetinin hüquq fakültəsinin  magistr dərəcəsini bitirdi və Beynəlxalq İnsan Hüquqları magistr dərəcəsini mənimsəyib.

Hal hazırda Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsində doktorantdır.

İş təcrübəsi:

1998-ci ildə, Tiflis Bələdiyyəsində Hüquq Xidmətində hüquqşünas olaraq işə başlamış, sonra işini davam etdirərək, əvvəlcə Tiflis hökuməti baş nazirinin müavini, sonra isə Tiflis Şəhər Şurası Sədr Katibliyinin müdiri vəzifəsində çalışmışdır.

1999-2001-ci illərdə Gürcüstan parlamentində Regional siyasət və özünüidarəetmə komitəsində, daha sonra Sektor iqtisadiyyatı komitəsində aparıcı mütəxəssis kimi çalışmışdır.

2001-2003-cü illərdə parlamentin birinci vitse-spikerinin köməkçisi vəzifəsində çalışmışdır. 2003-cü ildə BMT-nin İnkişaf Proqramına (UNDP) seçki sistemlərində çalışan hüquqşünas kimi qatıldı.

2004-2008-ci illərdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan Hüquqları üzrə Müşaviri vəzifəsində çalışmışdır.

2009-cu ildən Avropa Birliyinin "İctimai Müdafiəçiyə Dəstək" layihəsinə rəhbərlik edir, eyni ildə Gürcüstan Parlamenti tərəfindən Gürcüstanın ictimai müdafiəçisi seçildi.

2012-ci ilin sentyabr ayında Gürcüstanın cəzaçəkmə müəssisəsi, sınaq və hüquqi yardım naziri təyin edildi. Həmin il o, "Gürcüstan Demokratik Təşəbbüsü" qeyri-hökumət təşkilatını qurdu və onun daxilində, insan hüquqları müdafiəsinin gücləndirilməsi və vətəndaş təhsili sahəsində bir sıra layihələrə rəhbərlik etdi. 2014-cü ildə Avropa Birliyinin "Konstitusiya Məhkəməsinə dəstək" layihəsinə rəhbərlik etdi, 2016-cı ildə isə Gürcüstan Parlamentinin üzvü və İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsi sədrinin müavini seçildi.

Əlavə fəaliyyətlər:

2005-ci ildən işgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) üzvü və həmin komitənin Hüquqşünas İşçi Qrupunun sədridir.

2011-2015-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsi (BMT CAT) sədrinin müavini və məruzəçisi vəzifələrində çalışmışdır.

2012-ci ildən bu yana, Avropa İrqçilik və Dözümsüzlüklə Mübarizə Komitəsinin ECRI-nin üzvüdür.

2007-ci ildən eyni zamanda bir neçə layihədə ekspert məsləhətçisi kimi çalışır. Ekspert işinə hüquqi islahatlar və işgəncələrin qarşısının alınması, ayrı-seçkiliyə qarşı mübarizə və milli insan hüquqları mexanizmlərinin gücləndirilməsi və qanunvericiliyin, Monteneqro, Serbiya, Makedoniyada keçmiş Yuqoslaviya Respublikası, Kosovo, Moldova, Yunanıstan, Ukrayna və Vyetnam daxil olmaqla, bir sıra ölkələrdə təhlilini əhatə edir.

2005-2016-cı illərdə Gürcüstan İctimai İşlər İnstitutunun hüquq və beynəlxalq siyasət məktəbinin beynəlxalq hüquq üzrə magistr proqramı daxilində insan hüquqları hüququnu, 2010-2011-ci illərdə isə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsində magistr proqramını tədris etmişdir.

Onun bir həyat yoldaşı Sopio Balavadze və bir oğlu Davit-Qiorqi Tuğuşi var.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)