Xalq Müdafiəçisinin müavinləri

Xalq Müdafiəçisinin müavini

Gürcüstanın Xalq Müdafiəçisinin müavini İrin Çixladze


Gürcüstanın Xalq Müdafiəçisinin müavini İrine Çixladze Xalq Müdafiəçisi Aparatının Uşaq Hüquqları Departamenti, Gender Departamenti, Məhdud İmkanlı şəxslərin Hüquqları Departamenti, Bərabərlik Departamenti və Regional Şöbəsinin fəaliyyətini əlaqələndirir və nəzarət edir.

İrine Çixladze “Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti” MMC-dən Xalq Müdafiəçisi Aparatına gəlib, burada 2020-2024-cü illərdə əvvəlcə şirkət direktorunun müşaviri, sonra isə donor təşkilatlar tərəfindən maliyyələşdirilmiş layihənin idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb.  Bundan əlavə, o, Gürcüstan Milli Universitetində (SEU) rəqabət hüququ və Avropa hüququ üzrə dəvət edilmiş professordur.

İrine Çixladze Almaniyada yaşayarkən Münhendə (Almaniya) Bavariya Sığorta Palatasının Terrorizm və Çirkli Pulların Yuyulması ilə Mübarizə Departamentində işləyib.

İrine Çixladze hələ də Münhen Lüdviq Maksimilian Universitetinin (LMU) Hüquq fakültəsinin doktorantıdır və həmin universitetin Hüquq fakültəsində magistratura pilləsini bitirib. O, həmçinin  iv. Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) Hüquq fakültəsinin bakalavr və magistr pillələrini keçmişdir. Magistratura təhsili çərçivəsində Almaniyanın Saarland Universitetində təhsil semestrini başa vurub.

Müxtəlif illərdə Almaniya Federal Antiinhisar Xidmətində (Bonn) və Almaniya Parlamenti Bürosunun Ofisində (Berlin) işləyib; Həmçinin, Gürcüstan Rəqabət Agentliyində, Gürcüstan Parlamentinin Bürosunda, Ədliyyə Nazirliyində və Ali Məhkəmədə işləyib.

Rəqəmsal texnologiyalar və innovasiyalar istiqamətində fəaliyyət göstərən TechGirls Georgia layihəsinin müəllifi və meneceridir.

Siyasət, ictimai və cinayət hüququ istiqamətində əsərlər və nəşrlər çap etdirmişdir.

Alman və İngilis dillərini mükəmməl bilir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)