Rəhbər tərəfindən işçiyə qarşı şifahi olmayan formada ifadə edilən cinsi qısnama müəyyən edilib
27 fevral 2024-cü ildə Xalq Müdafiəçisi əmək münasibətlərində cinsi qısnama müəyyən etdi. Xüsusən də şirkətlərdən birinin rəhbəri şirkətə məxsus kirayə mənzilin hamam otağından çılpaq, yalnız beline dəsmal sarılı çıxması onun qadın iş yoldaşı üçün alçaldıcı/qorxuducu mühit yaradıb və sonda onu iş yerini tərk etməlyə məcbur edib.
Hazırkı qərarda Xalq Müdafiəçisi iş yerində cinsi qısnamadan azad iş mühitinin yaradılmasının vacibliyindən də danışıb və qeyd edib ki, əmək münasibətlərində cinsi qısnama faktı təkcə zərərçəkmiş şəxsin rifahına mənfi təsir göstərmir, həm də təşkilat mədəniyyətinə xələl gətirir.
Müvafiq olaraq, Xalq Müdafiəçisi özəl şirkət rəhbərinə gələcəkdə, iş yerində və ya digər münasibətlərdə cinsi qısnama ilə məşğul olmamağı, insanların ləyaqətini təhqir edən, qorxudan və/və ya yaraşmayan mühit yaratmamağı tövsiyə edib. Digər tərəfdən, o, qurban yönümlü yanaşmalarla iddia edilən cinsi qısnama hallarının araşdırılması prosedurlarını özündə əks etdirən daxili təşkilati sənəd hazırlamağa çağırıb.