Özəl şirkət nümayəndələri üçün təlim
2 iyul və 17 iyul 2025-ci il tarixlərində Xalq Müdafiəçisi Aparatının Bərabərlik Departamenti böyük xidmət sektoru şirkətinin (fast food restoranı) bütün Gürcüstan üzrə fəaliyyət göstərən mərkəzi aparatının və filiallarının menecerləri, HR menecerləri və digər əməkdaşları üçün təlim keçirmişdir.
Təlimin məqsədi şirkəti və işçilərini öz fəaliyyətlərini bərabərlik və ayrı-seçkiliyə yol verməmək prinsiplərinə daha fəal şəkildə uyğunlaşdırmağa həvəsləndirmək olub. Bununla əlaqədar iştirakçılara bərabərlik hüququnun mahiyyəti və ayrı-seçkiliyə qarşı qanunvericiliyin əhatə dairəsi haqqında məlumat əldə etmək imkanı verilib. Təlimdə ümumi standartların nəzərdən keçirilməsi ilə yanaşı, xüsusilə əmək münasibətlərində cinsi qısnama və ayrı-seçkilik məsələlərinə diqqət yetirilib. Onların arasında Xalq Müdafiəçisi Aparatının müvafiq təcrübəsi, xüsusilə də birbaşa xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin əməkdaşlarına qarşı ayrı-seçkilik halları müzakirə edilib.
Xalq Müdafiəçisisi Aparatı ölkədə bərabərlik baxımından mövcud vəziyyətin yaxşılaşdırılması üçün maarifləndirməyə yönəlmiş bu cür tədbirləri mühüm əhəmiyyət kəsb edir və ümidvar olduğunu bildirir ki, daha da çox müxtəlif sahələrin nümayəndələri bərabərlik məsələləri ilə bağlı biliklərini dərinləşdirməyə və ayrı-seçkilik hallarının qarşısının alınmasına töhfə verməyə hazır olacaqlar.