Yeni xəbərlər

Xüsusi hesabat - “Dövlət himayəsində olan uşaqların ədalət mühakiməsinə çıxış hüququ”

Gürcüstanın Xalq Müdafiəçisi Aparatı USAID-in Qanunun aliliyi Proqramının dəstəyi ilə “Dövlət himayəsində olan uşaqların ədalət mühakiməsinə çıxış hüququ” adlı xüsusi hesabat hazırlayıb.

Sənəddə dövlət himayəsində olan uşaqların və uşaqlarla işləyən mütəxəssislərin uşaq hüquqları və müdafiə mexanizmləri haqqında məlumatlandırılması, bununla bağlı praktikada problemlər, uşaqların hüquqların müdafiəsi mexanizmlərinin nümayəndələri ilə ünsiyyət təcrübəsi, prosesdə iştirak prosesi ilə bağlı problemlər, ədalət mühakiməsinin həyata keçirilməsi və onların fikirləri təqdim olunub.

Hesabat Gürcüstan üzrə 38 uşaq baxımı və təhsil müəssisəsində 74 uşaqla üzbəüz müsahibələrə, müəssisələrdə çalışan 43 nəfərlə fərdi müsahibələrə, uşaqlarla işləyən mütəxəssislərlə qrup və fərdi müsahibələrə, eləcə də onların təhlilinə, bütün aidiyyatı qurumlardan tələb olunan göstərici və məlumatlara əsaslanır.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilmiş problemlərə əsaslanaraq, həm uşaqları, həm də uşaqlarla işləyən mütəxəssisləri uşaq hüquqları ilə bağlı düzgün məlumatlandırmaq, həm də mövcud problemlərin aradan qaldırılması məqsədilə Xalq Müdafiəçisi Aparatı dövlət himayəsində olan uşaqların ədalət mühakiməsinə çıxışı barəsində tövsiyələr hazırlayıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)