Yeni xəbərlər

Türkiyə İnsan Hüquqları və Bərabərlik İnstitutunun (İHİM) nümayəndələri ilə görüş

18 iyul 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin müavini İrine Çixladze və Xalq Müdafiəçisinin Aparatının əməkdaşları Ana Kvatçadze, Mariam Moseşvili, Mariam Tavdqiridze və Nino Berişvili Türkiye İnsan Hüquqları və Bərabərlik İnstitutunun (HREIT) nümayəndələri ilə məlumat görüşü keçirmişlər.

İşçi görüşün məqsədi bərabərliyin təmin edilməsi və ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat mübadiləsi aparmaq olub. Tərəflər bir-birlərini öz institutlarının mandatları, keys araşdırması metodologiyası və praktikası ilə tanış etdilər. Görüşün sonunda işgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Ayrı-seçkilik məsələləri üzrə beynəlxalq və həmyaşıd təşkilatlarla əməkdaşlıq Xalq Müdafiəçisi Aparatının fəaliyyətinin mühüm tərkib hissəsidir və bununla bağlı gələcəkdə də müvafiq tədbirlər fəal şəkildə davam etdiriləcəkdir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)