Xalq Müdafiəçisi ilə Etnik Azlıqlar Şurasının üzvləri ilə görüş
18 dekabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Xalq Müdafiəçisi yanında Etnik Azlıqlar Şurasının üzvləri ilə görüşdü.
İclasın açılışında Xalq Müdafiəçisi Gürcüstanda yaşayan etnik azlıqların inteqrasiyası məsələlərindən danışıb, dövlət dilində keyfiyyətli təhsil almağın, yerli səviyyədə idarəetmədə iştirakın vacibliyini və eyni zamanda, etnik-mədəni kimliyin qorunub saxlanmasının vacibliyi vurğulayıb.
Etnik Azlıqlar Şurasının koordinatoru Koba Çopliani Şuranın iş üslubu, həyata keçirdiyi tədbirlər, monitorinqlər və hazırlanmış tövsiyələr, eləcə də yaxın planlar haqqında hesabat təqdim edib.
Müzakirə zamanı Şura üzvləri etnik azlıqların hüquqlarının müdafiəsi və inteqrasiyası baxımından mövcud problemləri müzakirə edib və uzun illər göstərdiyi dəstəyə görə Xalq Müdafiəçisinə və onun aparatına təşəkkür ediblər.