Yeni xəbərlər

Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) seçkiləri müşahidə missiyasının rəhbəri ilə görüş

12 iyul 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levani İoseliani və xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) seçkiləri müşahidə missiyasının direktoru Şon Dan və Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndəsi Lado Razmadze ilə görüşüblər.

İclasda Xalq Müdafiəçisi aparatın seçkilərlə bağlı səlahiyyətlərindən, seçki proseslərinin müşahidəsi və işlərin öyrənilməsi praktikasından danışıb. Tərəflər ölkədəki seçkiqabağı mühiti müzakirə edib və əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildiriblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)