14 yaşlı qızın qətli ilə bağlı Xalq Müdafiəçisinin bəyanatı
14 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı ən ciddi fakt sarsıdıcıdır və bu faciəvi faktdan əvvəl onun qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və uşağın zorla ərə verməsi ilə bağlı yayılan məlumatlar təşviş doğurur.
Mümkün erkən nikah faktları ilə bağlı araşdırmaların yüksək tempinə baxmayaraq, həm azyaşlı nikah hallarının, həm də məcburi nikah hallarının aşkarlanması və yönləndirilməsi ölkədə problem olaraq qalır. İstintaq üçün məsul şəxslərin uşaq nikahlarının aşkar edilməsi üzrə göstəricilər, prosedurlar və öhdəlikləri haqqında məlumatlılığı olduqca aşağı səviyyədədir.
Erkən nikah və qadın qətli ilə bağlı dövlət tərəfindən atılan addımlar yetərli deyil və həm mərkəzi, həm də yerli səviyyədə sistemli və əlaqələndirilmiş iş tələb edir.
Təəssüf ki, Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin çağırışına baxmayaraq, gender normalarının və stereotiplərinin xüsusilə güclü olduğu regionlarda dövlət gender əsaslı zorakılığa qarşı fəaliyyətini gücləndirməyib.
Gürcüstanın Xalq Müdafiəçisi qadınların öldürülməsi və öldürülməsinə cəhd, uşaq nikahları hallarını araşdıracaq və mövcud çağırışlara cavab olaraq təcili addımların atılmasını vacib sayır. Xüsusən də cinayətlərin xəbər verilməməsi halları ilə bağlı sərt siyasət də daxil olmaqla, bütün aidiyyəti qurumların vaxtında və səmərəli işə cəlb olunması və reaksiyası olmalıdır. Həmçinin, dövlət tərəfindən məsul şəxslər tərəfindən göndərmə prosedurlarının mümkün pozulması faktlarının öyrənilməsi vacibdir.