Xalq Müdafiəçisi yanında Dinlər Şurasının üzvlərinin Gürcüstanın Avropa perspektivi ilə bağlı bəyanatı
Dinlər Şurasının Üzvləri olan Dini Qurumlar Gürcüstanın Avropa İttifaqında öz yerini tutmaq istəklərinə tam dəstəyimizi bir daha bəyan edir. Biz avropalı dostlarımızdan ən vacib qərarı gözləyirik - Gürcüstana Avropa Birliyi üzlüyünə namizəd statusunun verilməsi.
Avropa Gürcüstanın tarixi, siyasi və mədəni inkişafını müəyyən edən təbii vektordur, Gürcüstan əhalisinin böyük əksəriyyətinin iradəsi Avropa İttifaqında öz yerini yaratmaq məqsədi ilə bağlı dəfələrlə ifadə olunub.
Çoxmillətli və çoxkonfessiyalı gürcü xalqı bu məqsədə çatmaq üçün bu yolda çox çalışıb. Bizim ümumi fikrimiz ondan ibarətdir ki, Avropa Birliyi üzvlüyü statusunun qazanılması Gürcüstandakı ağır siyasi və sosial problemlərin, o cümlədən Avropa Parlamentinin qətnaməsində qeyd olunan problem və çağırışların həllinə daha da töhfə verəcək.
Namizəd statusunun əldə edilməsi demokratiyanın və qanunun aliliyinin möhkəmlənməsinə güclü təkan verəcək, vətəndaş inteqrasiyasını dərinləşdirəcək, insan hüquqlarının vəziyyətini yaxşılaşdıracaq, cəmiyyətimizin dinc və tolerant inkişafı üçün əlavə ilkin şərait yaradacaq, dini etiqad azadlığı və bərabərlik üçün.
Avropa Birliyi möhkəm və etibarlı sülhdür!
Burada bir daha Ukrayna xalqına öz minnətdarlığımızı bildiririk. Məhz onların qəhrəmancasına mübarizəsi nəticəsində ölkəmizin, cəmiyyətimizin gələcəyini müəyyən edəcək bu mühüm məsələ ilə bağlı qərarların qəbulunu sürətləndirmək mümkün oldu.
Gürcüstan Müsəlmanları Birliyi
- Gürcüstan Müsəlmanları Birliyi
- Bütün Gürcüstan Müsəlmanlarının İdarəsi
- Gürcüstan Müsəlmanlarının Ali İlahiyyat İdarəsi
- Qurtuluş Ordusu
- İncil İnancı Kilsəsi
- Gürcü Yevangelist Protestant Kilsəsi
- Gürcüstan Yəhudiləri İttifaqı
- Açıq Xristianlar Kilsəsi
- Evangelist Kilsəsi Həyat Sözü
- Evangelist Baptist Kilsəsi
- Dostlar Cəmiyyəti
- Svedenburq Dini Cəmiyyəti
- Əhmədiyyə Müsəlman İcması
- Evangelist Kilsəsi
- Latın Katoliklərinin Zaqafqaziya Apostol İdarəsi
- Gürcüstandakı Bəhai icması
- Evangelist Kilsəsi "Sarsılmaz Vəqf"
İmzalar davam edir
Xalq Müdafiəçisi yanında Tolerantlıq Mərkəzi