Xalq Müdafiəçisi Mzia Amağlobelinin İşi üzrə Həkimlər Qrupu yaradır
6 fevral 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Penitensiar Xidmət (podratçı klinikalar da daxil olmaqla) Mzia Amağlobeliyə göstərilən tibbi xidmətlərin adekvatlığını və vaxtında olmasını qiymətləndirmək üçün həkimlər qrupu yaratdı.
Qrup Mzia Amağlobelinin nümayəndələri tərəfindən irəli sürülmüş namizədlər arasından, onlarla məsləhətləşərək və Mzia Amağlobelinin səhhətindəki problemlər nəzərə alınaraq, aşağıdakı tərkibdə müəyyən edilib:
- Elene Giorgadze - Endokrinologiya, Qidalanma, Uşaq Endokrinologiyası, İctimai Səhiyyə və Səhiyyə Təşkilatı
- Giorgi Gvilia - Qastroenterologiya, Kardiologiya, Daxili Xəstəliklər
- Giorgi Cavrişvili - Oftalmologiya
- Aleksandr Tsiskaridze - Nevrologiya
Həkimlər yaxın vaxtlarda Mzia Amağlobeliyə baş çəkəcək və onun tibbi sənədləri ilə tanış olacaqlar. Həkimlər qrupu hesabat və tövsiyyələr hazırlayaraq Xalq Müdafiəçisinə təqdim edəcək. Nəticə əsasında Xalq Müdafiəçisi və Xalq Müdafiəçisi Aparatı növbəti hüquqi tədbirlər görəcək. Şəxsi məlumatların xüsusi kateqoriyalarının mühafizəsi çərçivəsində ictimaiyyətə də məlumat verəcəyik.
Bir daha qeyd etmək istərdik ki, Xalq Müdafiəçisinin mandatı məhbusların müalicəsində iştirak etməməkdən ibarətdir və Xalq Müdafiəçisinin dəvət etdiyi mütəxəssislərin də bu səlahiyyəti olmayacaq.