Xalq Müdafiəçisi Mixail Saakaşviliyə baş çəkib
19 mart 2023-cü ildə Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili və Viva Med klinikasında müalicə olunan 13 məhbusu ziyarət edib.
“Keçmiş prezidentlə mən bir saata yaxın müxtəlif mövzularda danışdıq.
Mən həkim olmadığım və müvafiq ixtisasım olmadığı üçün onun sağlamlıq vəziyyətinin təfərrüatlarına varmayacağam, bu, mütəxəssislərin işidir.
Lakin mən də öz növbəmdə təsdiqlədim ki, onun səhhəti ilə bağlı Xalq Müdafiəçisinin bütün nəzarət mexanizmləri, o cümlədən həkim şurası qorunacaq və bu proses məndən heç bir şəkildə dayandırılmayacaq. Mən onu da təsdiqlədim ki, Xalq Müdafiəçisi öz mandatı çərçivəsində sağlamlığına nəzarəti davam etdirəcək.
Təbii ki, bu klinikada olan məhbusların vəziyyəti də önəmlidir. Onların da konkret ehtiyacları var ki, gələcəkdə Xalq Müdafiəçisinin nümayəndələri tərəfindən daha ətraflı öyrəniləcək.
Bütün məhbuslara cansağlığı və tezliklə azadlığa çıxmalarını arzulayıram”, - deyə Xalq Müdafiəçisi bildirib.