Xalq müdafiəçisi Qori sosial yaşayış kompleksində olub
20 yanvar 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Qori sosial yaşayış kompleksinə baş çəkib, sakinlərlə görüşüb və oradakı mövcud vəziyyətlə tanış olub.
Qoridəki sosial evlərdə insanlar illərdir alçaldıcı şəraitdə yaşayırlar”. Ötən illə müqayisədə şəraitdə bir qədər yaxşılaşma olsa da, bu, Gürcüstanın heç bir yerində analoqu olmayan fəlakətli mənzərəni dəyişmir.
İnfrastruktur və gigiyenik problemlərlə yanaşı, 80-dən çox ailənin, o cümlədən 60-dan çox uşağın məskunlaşdığı yaşayış binasında metadon proqramı xidmətinin fəaliyyət göstərməsi də vəziyyəti mürəkkəbləşdirir. Sakinlər uzun illərdir ki, xidmətin köçürülməsini xahiş edirlər.
“Bir daha hökuməti və məsul dövlət qurumlarını Qoridəki sosial evlərdə yaşayan insanlara diqqət yetirməyə və onların layiqli şəraitdə başqa mənzillərə yerləşdirilməsini təcili şəkildə təşkil etməyə çağırıram”, - deyə Xalq Müdafiəçisi bildirib.
Xalq Müdafiəçisi Şida Kartlinin dövlət nümayəndəsi Levan Xarabadze ilə Qoridəki sosial evlərdə mövcud vəziyyətlə bağlı danışıb.