Xalq Müdafiəçisi Ümumdünya Daun Sindromu Gününə həsr olunmuş tibbi konfransda iştirak edib
Hər il martın 21-də Ümumdünya Daun Sindromu Günü qeyd olunur. Bu günün keçirilməsində məqsəd Daun sindromlu insanlar haqqında məlumatlılığı artırmaq və onların cəmiyyətə inteqrasiyasını artırmaqdır. 2024-cü ildə Daun Sindromu Gününün mövzusu kimi "Stereotiplərə Son" seçildi.
14 mart 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani daun sindromlu insanların sağlamlığı, müasir yanaşmalar və xəbərlərin müzakirə olunduğu Ümumdünya Daun Sindromu Gününə həsr olunmuş tibbi konfransda iştirak etmişdir.
Xalq Müdafiəçisi salamlama nitqində məhdud imkanlı şəxslərin hüquqlarının müdafiəsi istiqamətində idarənin fəaliyyətindən danışıb, məsul qurumların, daun sindromlu şəxslərin və onların təmsilçi təşkilatlarının səhiyyə sektoru ilə birgə sağlamlıq hüquqlarının qorunması istiqamətində fəaliyyətinin zəruriliyini vurğulayıb. “Düşünürəm ki, bugünkü konfrans Daun sindromlu insanların tibbi xidmətlər alarkən ehtiyaclarını müəyyən etmək və ödəmək üçün icma üzvlərinə, məhdud imkanlı şəxslər təşkilatlarına, qərar qəbul edənlərə və tibb sahəsində mütəxəssislərə əhəmiyyətli töhfə verəcək. Üstəlik, ölkədə məhdud imkanlı şəxslərin fərdi ehtiyaclarına uyğunlaşdırılmış səhiyyə xidmətlərinin inkişafı üçün çoxlu işlər görülür”, - Levan İoseliani bildirib.
Tədbirdə iştirak edən Gürcüstan parlamentinin, hökumətinin, Gürcüstanda akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri Daun sindromlu uşaq və böyüklərin tibbi nəzarəti, səhiyyə sahəsindəki çətinliklər və müalicə metodlarının rəhbər prinsiplərindəki dəyişikliklər, Daun sindromlu böyüklərin sağlamlığının idarə edilməsinin xüsusiyyətləri, reqressiya sindromu, diaqnoz, müalicə üsulları, demans və depressiyanın erkən aşkarlanması meyarları haqqında danışıldı.
Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Niderland Krallığının dəstəyi ilə keçirilib.