Xalq müdafiəçisinin nümayəndələri 8 saylı cəzaçəkmə müəssisəsində keçirilən aksiyalarda iştirak edən iki məhbusa baş çəkiblər
8 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən aksiyalarda iştirak edən həbs edilmiş iki vətəndaşa baş çəkib, onlarla düzgün rəftar edilməməsi barədə bu gün ictimaiyyətə məlumat yayılıb.
Məlumat yayılan kimi Xalq Müdafiəçisi Aparatı məlumatın təfərrüatlarına aydınlıq gətirib. Bundan sonra Xalq Müdafiəçisinin nümayəndələri dərhal adları çəkilən iki şəxsin hüquqi vəziyyətini və şərtlərini müəyyən etmək üçün onlarla görüşüblər.
Onlardan biri qeyd edib ki, müəssisəyə yerləşdirildikdən sonra ondan başqa, siyasi baxışlarına görə uyğunsuzluq yaşadığı və tez-tez mübahisə etdiyi dörd məhbusun olduğu kamerada saxlanılıb. Heç bir şifahi və ya fiziki zorakılıq olmayıb. O, mayın 28-də müəssisənin əməkdaşından kamerasının dəyişdirilməsini istəyib, ona icazə verilib və həmin gün özünü yaxşı və təhlükəsiz hiss etdiyi başqa kameraya yerləşdirilib. İndiki mərhələdə Xalq Müdafiəçisinə tələbat yoxdur.
İkinci məhbus izah edib ki, cəzaçəkmə müəssisəsinə yerləşdiriləndən sonra onun bəzi problemləri və mübahisələri olub, baxmayaraq ki, hazırda məsələ həllini tapıb. Onun sözlərinə görə, həyəcandan ülgücünü udmağa çalışıb və sonradan fikrini dəyişib. O, psixoloqla konsultasiya aldığını və məsləhətləşməni müsbət qiymətləndirdiyini izah edib. Buna görə də o, yenə də təkrar məsləhətləşmələr istəyir və bunun üçün Xalq Müdafiəçisi Aparatı xüsusi penitensiar xidmətə müraciət edir.
Artıq başçəkmənin nəticələri ilə bağlı Xalq Müdafiəçisi Aparatı saxlanılanların vəkilinə məlumat verib.
Xalq Müdafiəçisi Aparatı hər hansı hüquq pozuntusuna, o cümlədən məhkumların hüquqlarının mümkün pozulması hallarına qarşı dərhal hüquqi tədbirlər görməyə hazırdır.
Hüquqların pozulması ilə bağlı Xalq Müdafiəçisinin 14 81 qaynar xəttinə müraciət edə bilərsiniz.