Mitinqdə həbs edilənləri Xalq Müdafiəçisinin nümayəndələri qarşılayırdilar
Xalq Müdafiəçisinin nümayəndələri gecə boyu Tbilisidə üç təcridxanada olublar və mayın 15-də keçirilən aksiyada inzibati qaydada saxlanılan 16 nəfərlə görüşüblər.
Onlardan üçü polis tərəfindən həddən artıq gücə/kobud rəftara məruz qaldığını göstərir, bununla bağlı Xalq Müdafiəçisi Aparatı effektiv araşdırma aparmaq üçün dərhal Xüsusi İstintaq Xidmətinə məlumat verib.
Onların arasında cızıqları, şişkinliyi, qızartıları əyani şəkildə göstərən Lazare Grigoriadis düzgün olmayan rəftardan xəbər verir.
İstintaqın gedişinə Baş Prokurorluq nəzarət edəcək.
Aparat digər məhbusların baş çəkmələri və hüquqlarının pozulması faktlarını müəyyən etmək üçün onların yerini tapmağa davam edir.