Xalq müdafiəçisinin müavini Ermənistan Respublikasının hökumət nümayəndə heyətinin üzvləri ilə görüşüb
10 aprel 2024-cü il tarixində Gürcüstan Xalq Müdafiəçisinin müavini İrine Çixladze və Bərabərlik Departamentinin rəhbəri vəzifəsini icra edən Ana Kvatçadze Ermənistan Respublikasının hökumət nümayəndə heyətinin üzvləri ilə görüşüb və ayrı-seçkiliyə qarşı mübarizə mexanizmi kimi Xalq Müdafiəçisinin mandatı və funksiyalarını müzakirə ediblər. Həmçinin müxtəlif sahələrdə ayrı-seçkilik halları ilə bağlı qabaqcıl təcrübələrdən nümunələr təqdim etdilər.
Ermənistan Respublikasının Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin nümayəndələri Avropa İttifaqına inteqrasiya və milli qanunvericiliyin Avropa İttifaqının normativ hüquqi aktlarına uyğunlaşdırılması məsələləri ilə tanış olmaq üçün Gürcüstandadırlar.