Xalq Müdafiəçisinin Rike Parkı yaxınlığında bir yeniyetmənin ölümü ilə bağlı bəyanatı
Gürcüstanın Xalq Müdafiəçisi Tbilisidə Rike Parkı yaxınlığında baş vermiş və yeniyetmənin ölümü ilə nəticələnən faciəli hadisədən dərin kədərləndiyini bildirir. Bu hadisə bütün cəmiyyət üçün faciədir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Aidiyyatı qurumları vaxtında və hərtərəfli araşdırma aparmağa və hadisəyə görə məsuliyyəti müəyyən etməyə çağırırıq.
Xalq Müdafiəçisi Aparatı bu faciəli hadisəni istər qurumlar tərəfindən görülə biləcək qabaqlayıcı/cavab tədbirləri, istərsə də hadisə ilə bağlı cinayət işi üzrə istintaq zamanı həyata keçirilən tədbirlərlə bağlı hərtərəfli araşdıracaq və bütün lazımi tədbirləri görəcəkdir.