Parlamentdə davam edən aksiya ilə bağlı Xalq Müdafiəçisinin bəyanatı
Gürcüstanın Xalq Müdafiəçisi parlament qarşısında vəziyyətin vaxtaşırı gərginləşdiyi, aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında münaqişə ocaqlarının olduğu mitinqdə baş verənləri izləyir, eyni zamanda, Hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunur, su reaktiv maşını da yerləşdirilir, bibər qazının istifadəsi ilə bağlı məlumatlar yayılır.
Xalq Müdafiəçisi vurğulayır ki, sərbəst toplaşmaq azadlığına müdaxilə yalnız aksiya zorakılıq və/və ya qanunsuz xarakter daşıdıqda yol verilə bilər, bu halda hakimiyyətin toplantıya xitam verməsi son çarə kimi istifadə olunmalı və güc tətbiq edilməlidir. Qeyd olunan çərçivədə ciddi zərurət və mütənasiblik sınağına cavab verməlidir.
Gürcüstan Xalq Müdafiəçisinin müşahidəsinə görə, hazırkı mərhələdə (29 aprel, saat 00:30) toplantının dayandırılması üçün heç bir şərt yoxdur və mitinqin dinc şəraitdə keçirilməsinə görə Xalq Müdafiəçisi Daxili İşlər Nazirliyinə müraciət edir dinc toplantı iştirakçılarına qarşı zor tətbiq etməsin və onların konstitusiya ilə təmin edilmiş hüquqlarından istifadə etmələrinə mane olmasın.
Eyni zamanda, Xalq Müdafiəçisi mitinqin təşkilatçılarını və iştirakçılarını dinc toplantı çərçivəsindən kənara çıxmamağa çağırır.