İki azyaşlı uşağın ölümü ilə bağlı Xalq Müdafiəçisinin bəyanatı
Gürcüstanın Xalq Müdafiəçisi Batumidə iki azyaşlı uşağın faciəvi ölümü ilə bağlı dərin hüznünü bildirir verir və başsağlığı verir.
Ailəsinə, yaxınlarına və bütün Gürcüstana başsağlığı veririk.
İnsanların həyatı və sağlamlığı üçün təhlükəsiz mühitin yaradılması dövlətin əsas vəzifəsidir. Uşaqların həyatını və rifahını qorumaq isə dövlətin əsas prioriteti olmalıdır.
Bu faciə bir daha dövlətin şəhərsalma işlərinə məsuliyyətlə yanaşmaq, ictimai yerlərin təhlükəsizliyini təmin etmək, bu kimi faciəvi hadisələrin qarşısını almaq üçün onlara daim nəzarət etmək öhdəliyini göstərir.
Xalq müdafiəçisi bir daha mərhumların ailələrinə başsağlığı verir və aidiyyatı qurumlara müraciət edir:
* Məsul şəxslərin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün operativ və obyektiv araşdırmanın aparılmasını təmin etmək;
* İctimai yerlərdə, tikinti və infrastruktur layihələrində təhlükəsizlik standartlarını təmin etmək üçün effektiv qabaqlayıcı və cavab mexanizmlərinin hazırlanması.