Mitinqdə baş verənlərlə bağlı Xalq Müdafiəçisinin bəyanatı
Son bir saat ərzində mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Tbilisidə Rustaveli prospektinin yaxınlığında qara geyimli şəxslər vətəndaşlara və “TV First” telekanalının jurnalistlərinə hücum edir, onlara fiziki təzyiq göstərirlər.
Xalq müdafiəçisi Rustaveli yaxınlığında səfərbər edilmiş polis qüvvələrini dərhal reaksiya verməyə və vətəndaşların təhlükəsizliyini yerində təmin etməyə çağırır.
Hüquq-mühafizə orqanları dərhal araşdırmalara başlamalı və aidiyyəti şəxsləri məsuliyyətə cəlb etməlidir.