Gürcüstan parlamentində qadın deputatların ünvanına təhqiramiz ifadələrlə bağlı Xalq Müdafiəçisinin cavabı
Xalq Müdafiəçisi Levan İoselianinin Gürcüstan parlamentinin plenar iclasında qadın deputatlara ünvanlanan təhqiramiz ifadə və müraciətlərə cavabı.
“İctimai müdafiə idarəsi qadın siyasətçilərə qarşı ayrı-seçkiliyi gücləndirən bəyanatları ətraflı qiymətləndirəcək və hesabatda mütləq öz əksini tapacaq. Burada sadəcə olaraq onu deyim ki, fərqli fikrə qulaq asmaq nə qədər çətin olsa da, qadınlarla bu cür söhbət mənim üçün qəbuledilməzdir. Bu cür söhbətlər heç kimə ləyaqət qatmır və yalnız qadınlara qarşı ayrı-seçkilik münasibətini təzələyir”.