Yeni xəbərlər

Xalq Müdafiəçisi Aparatının tələbi ilə, xəstəliyi olan uşaqların valideynlərinin nümayəndəsi axondroplaziya sindromunun effektiv idarə edilməsi və müalicəsi üçün təlimatların hazırlanması prosesinə cəlb olunacaq

Gürcüstanın Xalq Müdafiəçisi Aparatının tələbi ilə Səhiyyə Nazirliyində axondroplaziya sindromunun effektiv idarə olunması üçün işçi qrup yaradılacaq. Müalicə üçün milli təlimatların, protokolların və tövsiyələrin işlənib hazırlanması prosesinə sahə üzrə mütəxəssislərlə yanaşı, bu xəstəliyə tutulmuş uşaqların valideynlərinin nümayəndələri də cəlb olunacaqlar.

29 mart 2023-cü il tarixdə Xalq Müdafiəçisinin nümayəndəsi nadir xəstəlikləri olan benefisiarların xidmət və dərman vasitələrinə əlçatanlığı istiqamətində fəaliyyət göstərən əlaqələndirmə şurasının iclasında valideynlərin məsələnin müzakirəsinə cəlb edilməsi təklifi ilə çıxış edib.

Axondroplaziya sindromlu uşaqların valideynləri Xalq Müdafiəşisi ilə əlaqə saxlayıb, övladlarının müalicəsi üçün kömək istəyiblər. İlk günlərdən Xalq Müdafiəşisi Aparatı həm valideynlərlə, həm də Səhiyyə Nazirliyinin nümayəndələri ilə fəal ünsiyyətdə olub və yuxarıda qeyd olunan problemlərin həlli üçün vasitəçilik də daxil olmaqla uşaqların sağlamlıq hüququnun reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)