Xalq Müdafiəçisi "Volt"un tətil kuryerləri ilə görüşdü
5 aprel 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani “Volt”un tətil kuryerləri ilə görüşüb, onların əmək hüquqları və ayrı-seçkiliyi ilə bağlı problemləri müzakirə edib.
Xalq Müdafiəçisi Aparatına verilən açıqlamalarda bildirilir ki, kuryerlərin bir qismi “Volt” tətbiqi ilə bloklanıb, bu səbəbdən işlərinə davam edə bilmirlər, bəzilərinə isə şirkətdən işdən çıxarılmaları ilə bağlı xəbərdarlıq mesajı gəlib. Kuryerlər hüquqların pozulmasına səbəb kimi şirkətə etirazlarını göstərirlər.
Xalq müdafiəçisi qeyd olunan ifadələrin öyrənilməsini davam etdirir və yaxın vaxtlarda qərar qəbul edəcək.