Xalq müdafiəçisi daxili işlər naziri ilə görüşüb
17 iyul 2025-ci ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşüb.
Giriş görüşündə tərəflər ölkədə insan hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyəti müzakirə edib və insan hüquqlarının müdafiəsi standartının yüksəldilməsi məqsədilə qurumlar arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Öz növbəsində Levan İoseliani nazirlə Xalq Müdafiəçisi İnstitutunun fəaliyyətinin əsas istiqamətləri barədə danışıb və tərəfdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib.
İclasda Xalq Müdafiəçisinin müavinləri Tamar Qvaramadze, Elene Quduşauri və İrine Çixladze, həmçinin daxili işlər nazirinin müavinləri Roland Mesxi, Aleksandre Daraxvelidze və Şalva Tadumadze iştirak ediblər.