Xalq Müdafiəçisi Rustavi N5 qadın müəssisəsində idi
24 mart 2023-cü ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Rustavidəki 5 saylı Qadın Cəzaçəkmə Müəssisəsində idi. Xalq Müdafiəçisi müəssisənin infrastrukturuna, məişət şəraitinə baxıb, məhkumlarla şəxsən görüşüb, onların problemləri ilə tanış olub.
Xalq Müdafiəçisi öz mandatı və milli profilaktika mexanizmi çərçivəsində penitensiar müəssisələrdə və digər qapalı müəssisələrdə insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətə intensiv nəzarəti davam etdirəcək.