Xalq Müdafiəçisi parlament aparatı tərəfindən tənqidi media nümayəndələrinin akkreditasiyasının dayandırılması məsələsinə toxunur
Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani müxtəlif vaxtlarda Gürcüstan parlamentinin aparatı tərəfindən tənqidi medianın (On.ge, "Netgazeti", "Publica", "Formula", "TV First", "Main Channel") jurnalistlərin və operatorların akkreditasiyasının dayandırılması məsələsinə səslənir.
Media nümayəndələrinin qeyd etdiyi kimi, akkreditasiyanın dayandırılmasına ayrı-seçkilik əsasları, onların hakim partiya üçün qəbuledilməz mövqe tutması və ya sual verməsi səbəb olur.
Xalq Müdafiəçisi hesab edir ki, - Parlament sədrinin 6 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş və bu təcrübənin əsasını təşkil edən “Gürcüstan parlamentində KİV nümayəndələrinin akkreditasiyası Qaydası” problemlidir. Bundan başqa, qeyd olunan qaydada qərardan şikayət verilməsi məsələsi, jurnalistlərin akkreditasiyasının dayandırılması haqqında qərarda isə ondan şikayət verilməsinin müddəti və qaydası göstərilməyib ki, bu da qanunvericiliyin zəruri tələbidir.
Əlamətdar haldır ki, media nümayəndələrinə qarşı oxşar münasibət və qərarlar ölkədə qütbləşmənin azalmasına mane olur.
Qeyd olunanları nəzərə alaraq, Xalq Müdafiəçisi Gürcüstan parlamentinin sədrini mübahisəli qaydada elə dəyişikliklər etməyə çağırır ki, tənzimləmə media nümayəndəsinin fəaliyyətinə əsassız müdaxilə yaratmasın. Jurnalistlərə qarşı istənilən hüquqi tədbirlər bərabərlik prinsipinə əsaslanmalıdır.
Xalq Müdafiəçisi həm media nümayəndələrinin müraciəti əsasında, həm də öz təşəbbüsü ilə qeyd olunan faktları artıq öyrənir.